Sosial

Autizmli uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ Autizm sindromundan əziyyət çəkən uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək. "Report" xəbər verir ki, bunu bu gün Nizami Kino Mərkəzində "Dünya Autizm Maarifləndirmə ayı" çərçivəsində keçirilən tədbirdə teleaparıcı Hacı Nuran Hüseynov deyib. I Avropa Oyunların elçisi olan teleapaarıcı qeyd edib ki, autizmli uşaqların oyunları izləməsi üçün tam şərait yaradılacaq: "Oyunlara baxmaq üçün biletləri şəxsən özümüz autizmli uşaqların ailələrinə təqdim edəcəyik".    


Tədbirdə

Ombudsman

aparatının nümayəndəsi Müqalib Mahmudov, Sağlam və Birgə İctimai Birliyin sədri Aytən Qasımova-Eynalova, Autizm Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyinin rəhbəri Elnur Hüseynov Azərbaycanda autizm sindromlu uşaqlara dövlət qayğısından, əlaqədar layihələrin hazırlanmasından və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.


Tədbirin sonunda Autizm xəstəliyini dolğun əks etdirən Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülən rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.