Ölkə

Autizm haqqında məlumatlandırma xarakterli bukletlər paylanıb

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

 


“PRIM” autizm-uşaq inkişaf mərkəzi və "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin təşəbbüsü ilə 2 aprel - Ümumdünya autizm məlumatlandırma gününə həsr edilmiş tədbir keçirilib.


Mərkəzdən

AZƏRTAC

-a bildiriblər ki, tədbirin məqsədi autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılması, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqətin cəlb edilməsi olub. Bildirilib ki, autizm xəstəlik deyil - fərqlilikdir. Bu cur uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar. Tarixə nəzər salsaq iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.


Tədbirdə “PRIM” mərkəzinin və "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin autizm haqqında məlumatlandırma xarakterli bukletləri paylanılıb və klounların iştirakı ilə əyləncəli proqram nümayiş olunub.


Sonda uşaqlara hədiyyələr təqdim olunub.