Ölkə

Auditorlar Palatasında YAP Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilib

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Aprelin 22-də Yeni Azərbaycan Partiyası Səbail rayon Auditorlar Palatası ilk ərazi təşkilatının iclası keçirilib.


Palatadan

AZƏRTAC

-a bildiriblər ki, Auditorlar Palatasının sədri Vahid Novruzov ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlardan, quruculuq işlərindən, dövlət proqramlarının icrasından, xüsusən də gənclər siyasətindən danışıb. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.


Auditorlar Palatasının 8 gənc əməkdaşının siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə partiya iclasında baxılıb və müsbət qərar qəbul edilib. Palata sədri V.Novruzov gəncləri təbrik edərək, ölkəmizin həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.