ATƏT: "Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır"
Azərbaycanda infrastrukturun müasirləşməsi, eləcə də özəl və ictimai sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır.
Trend
-in məlumatına görə, bunu ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi
Aleksis Şahtaxtinskikibertəhlükəsizlik və milli təhlükəsizlik mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 3 milyon insan internetdən istifadə edir: “Bəzi insanlar internetdən biznes məqsədi ilə istifadə edir, kimi isə xidmətlərin ödənişi məqsədi ilə. Amma əksəriyyət ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır. Çox insan hələ də kiberhücumlardan ehtiyat edir”.
Tədbir ATƏT-in Bakı ofisi və Azərbaycan XİN-in birgə təşəbbüsü ilə baş tutub. Konfransın məqsədi kibertəhlükəsizlik sahəsindəki problemlərin və bu sahədə qanunvericiliklə bağlı məsələlərin müzakirəsidir.
Milli.Az