“AtaBank” ASC ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi mini futbol turniri keçirəcək
Bakı, 1 aprel,
AZƏRTAC“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC-nin əməkdaşları arasında keçiriləcək mini futbol yarışının iştirakçıları müəyyənləşib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə hər il olduğu kimi, bu dəfə də 16 komanda mübarizə aparacaq.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, aprelin 4-də start götürəcək çempionatın püşkatması aprelin 5-də saat 11-də olacaq.
Püşkün nəticəsinə əsasən, 16 komanda 4 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutan komanda dörddə bir finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.