Ölkə

AŞPA-nın prezidenti: "Dağlıq Qarabağ məsələsi Avropanı narahat edir "

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ "

Dağlıq Qarabağ

məsələsi doğrudan da Avropanı narahat edir".


"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser aprelin 13-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.


"Qarabağ məsələsi bizim hamımızı, Avropa Şurasının üzvü olan 47 dövlətin vətəndaşlarını narahat edir. Danışıqlar yeganə çıxış yoludur. Zor tətbiqi cavab ola bilməz", - AŞPA-nın başçısı söyləyib.


Onun sözlərinə görə, AŞPA Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə öz töhfəsini vermək üçün məruzə hazırlayır. Ann Brasser deyib ki, bu sənəd ATƏT-in Minsk qrupunun fəaliyyətinə mane olmayacaq: "Hesabatda göstərişdən çox təkliflər olacaq".


Xatırladaq ki, Ann Brasser bu gündən İrəvanda səfərdədir. O, Ermənistan prezidenti Serj Sarqsyan, ölkənin baş naziri, xarici işlər naziri, parlament sədiri ilə görüşlər keçirəcək.