Ölkə

AŞPA məruzəçisi Azərbaycana səfər edəcək

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/

Avropa Şurası

Parlament Assambleyasının (

AŞPA

) məruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Azərbaycana səfər edəcək. 


"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, P.Aqramunt səfər zamanı Azərbaycanın ədliyyə naziri, baş prokuror və

Ali Məhkəmə

nin sədri ilə görüşlər keçirəcək.


P.Aqramuntun səfərinin məqsədi AŞPA-nın Hüquqi məsələlər və insan haqları komitəsi üçün məruzənin hazırlanmasıdır. 


Xatırladaq ki, P.Aqramunt mart ayında öz polşalı həmkarı Tadeuş İvinski ilə birgə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi qismində Bakıya səfər edib.