Digər

"Asla Vazgeçmem" serialı bitir?

Metbuat.az
Türkiyənin Show TV telekanalında nümayiş olunan "Asla Vazgeçmem" teleserialının nümayişinin yarımçıq dayandırılacağı bildirilirdi.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, çəkilişlə bağlı xərcləri azaltmaq üçün baş rolda oynayan Tolqahan Sayışman və digər aktyorlar qonorarrlarının azaldılmasına razılaşıblar.
 
T.Sayışman bundan sonra hər seriyaya görə 55 min yox, 30 min lirə alacaq.
 
Çəkilişlərlə bağlı maliyyə xərcləri azaldığına görə Show TV serialı davam etdirməyə qərar verib.
 
Milli.Az