Ölkə

“ASAN xidmət”dən daha bir yenilik

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlara xidmət prosedurasının asanlaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi üçün müxtəlif innovativ tətbiqlər həyata keçirməkdədir.


Agentlikdən

AZƏRTAC

-a bildiriblər ki, artıq vətəndaşlar GoMap.az (

www.gomap.az

) saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala bilərlər.


Həmçinin bu məlumatı “ASAN xidmət”in

www.asan.gov.az

rəsmi internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.