Dünya

Artıq çəki demensiya riskini azaldır

Metbuat.az

Bakı, 13 Aprel,

AZƏRTAC

Alimlərin apardığı araşdırmalara görə, artıq çəki demensiya riskini azaldır. Demensiya (lat. dementia - ağılsızlıq) - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.


AZƏRTAC

BBC-yə istinadən xəbər verir ki, tədqiqatçılar müasir bu xəstəliklə bağlı sağlamlıq məsləhətlərinə zidd nəticələrin onları heyrətə saldığını etiraf edirlər. “Lancet Diabetes & Endocrinology” jurnalının məlumatına əsasən, 2 milyona yaxın britaniyalı üzərində aparılan araşdırmalar arıq insanlarda bu riskin daha yüksək olduğunu göstərib.


Demensiya müasir dövrün ən aktual sağlamlıq məsələlərindən biridir. 2050-ci ilə qədər bu xəstəlikdən əziyyət çəkən insanların sayının 135 milyona çatacağı proqnozlaşdırılır.


Heç bir müalicə üsulu olmayan bu xəstəlik riskinin azaldılmasının yeganə yolu sağlam həyat tərzidir.