Digər

"Arsenal"ın oyunçuları reqbi oynadılar (VİDEO)

Metbuat.az

İngiltərənin "Arsenal" klubunun 3 futbolçusu bu komandanın və bu il keçiriləcək reqbi üzrə Dünya Kubokunun sponsoru olan "Emireyts" şirkətinin maraqlı şousunda iştirak ediblər.



ANS PRESS-in məlumatına görə, "Arsenal"dan polşalı qapıçı Voytsex Şçesnı, almaniyalı müdafiəçi Per Mertezaker və fransız hücumçu Olivye Jiru özlərini reqbidə sınayıb.



Eləcə də Londonun "Sarakens" reqbi klubunun 3 üzvü - şotlandiyalı Kelli Braun, ingilis Deyvid Strettl, amerikalı Kris Uayls özlərini futbolda yoxlamaq qərarına gəlib. Şouya əssən, futbolçular özlərini reqbi, reqbiçilər isə futbol topunda sınamalı idi.



Qeyd edək ki, sonda 3 göstəricidə də özünü yaxşı tərəfdən göstərmiş hər 2 komandadan 1 oyunçu mükafatlandırılıb. Maraqlıdır ki, Per Mertezaker 3 cəhddə də bütün tapşırıqların öhdəsindən 100 faiz gələ bilib və bununla da reqbidə də peşəkar ola biləcəyini sübut edib.



Mənbə
ANS PRESS