Dünya

"Arsenal" finala yüksəldi

Metbuat.az

İngiltərə kubokunda (FA Cup) il finalçının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu Londonun “Arsenal” klubudu.

“Topçular” həlledici qarşılaşmaya gedən yolda “Ridinq”i yalnız əlavə vaxtda məğlub etməyi bacarıb. Belə ki, çilili Aleksis Sançezin dublu “Arsenal”ı finala daşıyıb.

“Ridinq” – “Arsenal” – 1:2

Qollar: Qaret Makkliri, 54 – Aleksis Sançez, 40; 105

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  bu gün saat 19:00-da “Aston Villa” və  “Liverpul” üz-üzə gələcək.