İdman
Argentinalı, mentalitetə görə, harada oynamalıdır?
“Yuventus” aparıcı futbolçularından olan Karlos Tevezlə yolları ayıra bilər. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu ölkəsinə qayıtmaq niyyətindədir.
Bununla bağlı açıqlama verən Tevez yenidən “Boka Xuniors”da oynamaq istədiyini etiraf edib: “Ailəm və mən “Boka Xuniors”un fanatıyıq. Buna görə də yenidən bu komandanın formasını geyinmək istəyirəm. Bilmirəm, nə vaxt qayıdacam, amma mütləq gec-tez vətənimə dönəcəm. Çoxdandır Avropada yaşayıram. Ailəmin yanında olmağa ehtiyacım var. Atam, anam və qardaşım üçün darıxıram. Mən argentinalıyam və mentalitetə əsasən, “Boka Xuniors”a qayıtmalıyam”.
Qeyd edək ki, 2001-2004-cü illərdə “Boka Xuniors”un formasını geyinmiş Tevez 2006-cı ildən Avropa klublarında çıxış edir.
Milli.Az
Milli.Az