Ölkə

ARDNŞ prezidenti qiymətdən danışdı

Metbuat.az

"İnanıram ki, İranın altılıqla razılıq əldə etməsindən sonra neftin açıq satışına başlaması bu məhsulun qiymətinə ciddi təsir etməyəcək".



ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.



O bildirib ki, neftin qiyməti siyasi amillərdən asılıdır. SOCAR prezidentinin sözlərinə görə, bu məhsulun qiymətini siyasi proseslər və bazar müəyyən edir:



"Neftin iqtisadi dəyərləndirməsi yoxdur. İran neft istehsalını dayadırmamışdı. Düzdür, əvvəl dəyər-dəyməzinə satmağa məcbur idi, ancaq indi açıq satışına başlayacaq. bu prosesin neft qiymətlərinə təsir etməyəcək. Təbii ki, bu mənim subyektiv fikrimdir", - deyə SOCAR-ın prezidenti deyib.


Mənbə
ANS PRESS