Digər

ARDNŞ-in xüsusi təqaüdünün verilməsi ilə bağlı müsabiqəsinin I mərhələsinin nəticələri açıqlanıb

Metbuat.az

[ 20 Aprel 2015 10:54 ]



Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) aparılıb.

Nəticələr saat 14:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib və ARDNŞ-ə təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2181 namizəddən 455 nəfəri imtahana gəlməyib. İmtahanda maksimal nəticə 33 bal olub (qeyd edək ki bu imtahanda toplanması mümkün olan maksimal bal 40 idi).

İmtahanın nəticəsinə əsasən, yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.