Dünya
AZƏRTAC
Aralıq dənizində mühacirləri daşıyan daha iki gəmi qəzaya uğrayıb
Bakı, 20 aprel,
AZƏRTACAprelin 20-də Aralıq dənizində 400-ə yaxın mühaciri daşıyan daha iki gəminin qəzaya uğrayaraq batdığı və hadisə zamanı azı 20 nəfərin öldüyü bildirilir.
AZƏRTAC
Sky News telekanalına istinadla xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Roma bürosu Aralıq dənizində iki gəmidən həyəcan siqnalı aldığını bildirib. Ehtimallara görə, gəmilərdə 400 nəfərdən artıq sərnişin olub.
Hazırda hadisənin baş verdiyi ərazidə İtaliya, Malta və Yunanıstana məxsus gəmilər axtarış və xilasetmə işləri aparır. İndiyə qədər 93 nəfərin xilas olduğu və onlardan 30 nəfərinin xəstəxanaya aparıldığı qeyd edilir.