Aprelin 5-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı
Bakı, 10 aprel,
AZƏRTACTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 5-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.
Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Komissiyadan
AZƏRTAC-a bildirilib ki, abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İlk sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48 min 343 abituriyentdən 2 min 231 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46 min 102 abituriyentin imtahan nəticələri yerləşdirilib.
Səhifənin qısa keçidi:
http://www.tqdk.gov.az/~sqLsa