Ölkə

Aprelin 3-də Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Metbuat.az

Minsk, 2 aprel,

AZƏRTAC

Aprelin 3-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçiriləcək.


AZƏRTAC

Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ, o cümlədən XİN-lərarası məsləhətləşmələrin planları, sərhəd təhlükəsizliyinin möhkəmlənməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində əməkdaşlıq, hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, müdafiə, mədəniyyət, təhsil və idman sahələrində inteqrasiya əlaqələrinin genişlənməsi məsələləri daxildir.



Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk