Dünya

​Antalya "G-20" dövlətlərinin zirvə toplantısına hazırlaşır

Metbuat.az

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Antalya vilayətinin valisi Müəmmər Türkər bildirib.


Məlumata görə, bu il noyabrın 15-16-da Antalyada dünyanın 20 dövlətinin liderlərinin

sam

miti keçiriləcək. Tədbirə ümumilikdə 12-13 min nəfərin qatılacağı gözlənilir.


O vurğulayıb ki, baş nazirin müavini Əli Babacanın sədrliyi ilə Ankarada keçirilən müşavirədə hazırlıqla bağlı uyğun qurumlara artıq tapşırıqlar verilib.


"

Sam

mitdə təxminən 12-13 min nəfərin iştirak edəcəyi gözlənilir. Belə tədbirlərdə ABŞ-ın nümayəndə heyətinin tərkibində adətən 10 minə yaxın adam olur. Mehmanxanalar da belə tələblərə uyğun hazırlanır.

Xarici İşlər Nazirliyi

həmin müddətə mehmanxanaların rezervlərin ləğvi haqda göstəriş verib", - M.Türkər deyib.


Xatırladaq ki,

sam

mit çərçivəsində Türkiyəyə ABŞ, Britanıya, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, CAR liderləri səfər edəcək. Zirvə toplantısına Azərbaycan Prezidenti

İlham Əliyev

də dəvət olunub.