Digər

Andorranın Baş naziri Bakıya gəlir

Metbuat.az
Andorranın baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, Andorranın baş naziri

Antoni Marti

aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Antoni Marti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forum çərçivəsində qlobal problemlərin müzakirəsinə qatılacaq və bir sıra görüşlər keçirəcək.



Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorra hökuməti ilə sıx əməkdaşlıq edir. Belə ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə 2014-cü ilin sentyabr ayında Andorranın paytaxtı Andorra La Vella şəhərində “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VII toplantısı keçirilib. Toplantıda Mərkəzin həmsədrləri və üzvləri ilə yanaşı, Andorra Parlamentinin sədri

Visenç Mateu

, Andorranın sabiq hökumət başçısı

Oskar Ribas

da iştirak ediblər.



Xatırladaq ki, “Yeni dünya düzənində etimadın bərpası” mövzusuna həsr edilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda regiondakı münaqişəli məsələlər, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu kimi bir sıra məsələlərlə bağlı fikir mübadilə aparacaqlar.



Milli.Az