Ölkə

ANAMA tərəfindən cari ilin martında 1,886,457 kvadratmetr ərazi hərbi sursatdan təmizlənib

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən cari ilin martında 1,886,457 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 77 ədəd partlamamış hərbi sursat, 4 ədəd tank əleyhinə və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.


ANAMA-dan

AZƏRTAC

-a bildiriblər ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 117 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub.


Bu günədək cəmi 283,053,372 kvadratmetr ərazi təmizlənib, 689,960 ədəd mina və PHS-lər tapılıb zərərsizləşdirilib.


Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə şəhərində, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.


Cari ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.