Mədəniyyət
AZƏRTAC
Amsterdamda illik “Eurovision” konserti keçirilib
Bakı, 20 aprel,
AZƏRTACAmsterdamın populyar musiqi mərkəzi olan “Melkweg” məkanında da yeddinci illik “Eurovision” konserti keçirilib.
AZƏRTAC
mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, konsertdə 24 çıxış, o cümlədən Azərbaycanın təmsilçisi Elnur Hüseynovun ifası dinlənilib.
Konsertdə 1500-dən çox pərəstişkar olub. KİV nümayəndələrinə müsabiqə iştirakçıları ilə görüşmək imkanı yaradılıb. Tədbirin xüsusi qonağı isə “Eurovision- 1985” mahnı müsabiqəsinin qalibi olmuş “Bobbysocks” dueti olub.