Ölkə

AMEA-nın Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında müqavilə imzalanıb

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


Dendrologiya İnstitutundan

AZƏRTAC

-a bildiriblər ki, sənədə əsasən tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorotivlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərəcəklər.