Digər

“Amazon” yeni servisi işə saldı

Metbuat.az

"Amazon" internet şirkəti bulud xidmətlərinə limitsiz tarif təqdim edib: istənilən həcmdə fotoşəkillərin və əlavə olaraq 5 QB tutumunda istənilən başqa faylların saxlanılması ildə 12 dollar, istənilən faylların limitsiz saxlanılması ildə 60 dollar təşkil edəcək.



ANS PRESS-in məlumaıtna görə, bir çox insanlar öz ad günü, məzuniyyət, bayram və gündəlik həyatı haqda xatirələrini bir çox qurğularda saxlayır və bunun üçün neçə qiqabayt lazım olduğunu bilmirlər – "Amazon"un bulud xidmətinin direktoru Coş Petersen deyib. Bu barədə ICTnews elektron xəbər xidməti bildirir.



O deyib ki, hər iki tarif istifadəçilərə istənilən həcmdə fotoşəkil, videoyazı, film, musiqinin və başqa faylları bir yerdə saxlamağa imkan verəcək.



"Amazon"un rəqiblərində hələ ki belə tarif yoxdur. "Dropbox" və "Google" 1 TB məlumatın saxlanılması üçün aylıq 10 dollar, "Microsoft" 7 dollar tələb edir. Ancaq "Microsoft" korporasiyası faylların saxlanılması üçün limitsiz tarif təqdim edir: bunun üçün ildə 90 dollar ödəmək lazımdır.

Mənbə
ANS PRESS