Dünya
AZƏRTAC
Alp dağlarında inanılmaz rekord: italiyalı idmançı xizəkdə təyyarə sürəti yığıb
Bakı, 4 aprel,
AZƏRTACAprelin 4-də Fransa Alplarındakı dağ xizəyi traslarının birində yeni – inanılmaz rekord qeydə alınıb.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, italiyalı idmançı Simone Oriqone xizək sürən bütün insanların arzuladığı nailiyyətə imza atıb. Belə ki, o, heç bir döngəyə girmədən yamacdan aşağı düz xətlə enib.
Eniş zamanı Oriqone sözün əsl mənasında təyyarə sürəti - saatda 251,4 kilometr sürət yığa bilib. Beləliklə də o, sürət üzrə özünün keçənilki rekordunu təzələməyə nail olub.