Aleksis Tsipras: Yunanıstan qaz kəməri Türkiyə ilə münasibətlərin normallaşmasına imkan yaradacaq
Bakı, 9 aprel,
AZƏRTACAfina Türkiyə-Yunanıstan sərhədindən başlayaraq ölkəsinin ərazisindən keçəcək qaz kəmərinin tikilməsində maraqlıdır. Bu barədə Moskvada rəsmi səfərdə olan Yunanıstanın Baş naziri Aleksis Tsipras Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu cür miqyaslı layihələrin bütün regionda stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə şərait yaradacağına kömək göstərəcəyini vurğulayan Tsipras eyni zamanda Türkiyə ilə də münasibətlərin normallaşmasına imkan yaradacağını qeyd edib.
Baş nazir Aleksis Tsipras, həmçinin Yunanıstan və Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq hazırlanacaq layihənin ölkəsinin enerji təhlükəsizliyinin möhkəmlənməsi maraqlarına cavab verdiyini və yaxın vaxtlarda layihənin detallarını dəqiqliklə müzakirə edəcəklərini də vurğulayıb.