Ölkə

Aleksandr Maslyakov: Biz gənc komandalara üstünlük verdik

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

, Raisə Abbasova


Xəbər verdiyimiz ki, Heydər Əliyev Sarayında ŞHK Azərbaycan liqasının ikinci mövsümü başlanıb. Qələbə və ŞHK Azərbaycan liqasının əsas kuboku uğrunda həm yerli, həm də xarici komandalar - “Çak Norris” (Azərbaycan), “Kuraj” (Azərbaycan), “Miraj” (Azərbaycan), “BDU” (Azərbaycan), “Yumor kapitalı” (Azərbaycan), “Baksovet” (İdarəçilik Akademiyası, Azərbaycan), “Olimpiya yığması” (Bakı), “Wall Street” (ADİU), Yessentuki şəhərinin yığma komandası (Rusiya), “TexNAR-Politex” (Qazaxıstan), “Biznes Universitetinin yığma komandası” (Qazaxıstan), “Kapital” (Qazaxıstan), “Maşa + Saşa” (Rusiya), “Tbilisi yığması” (Gürcüstan) və başqaları mübarizə aparıb.


Konsertdən sonra gecənin aparıcısı oğul Aleksandr Maslyakov komandaların çıxışları barədə fikirlərini bölüşüb. Məlumat verib ki, təşkilatçılar tərəfindən gənc komandalara üstünlük verilib. Aleksandr Maslyakov qeyd edib ki, bqazanılmış təcrübə gənc komandalara onların gələcək inkişafında kömək edər.


Aparıcı deyib: “Qalib komanda olan “Biznes Universitetinin yığma komandası” (Qazaxıstan) təkcə cazibədar qızların komandası kimi fərqlənmədi, eyni zamanda yumorda da rəqiblərini ötdü. İkinci yeri tutmuş Bakı Dövlət Universitetinin komandası da hamının çox xoşuna gəldi. Uşaqlar gözlənilməz çıxış nümayiş etdirdilər və bu tamaşaçıları da, məni də sevindirdi”.


Aleksandr Maslyakov qeyd edib ki, Bakının müasir görünüşü heyrətamizdir. O deyib: “Mən Bakını iki şəhərlə müqayisə edərdim. Bu, Dubay və Astana şəhərləridir. Vaxtilə səhralıq olmuş Dubay çox sürətlə inkişaf edir. Bakı da bu cərgədədir – dinamik və əzmlə inkişaf edir, eyni zamanda öz köünü, gözəlliyini və hələ sovet dovründən sevdiyimiz ruhunu itirməyib”.