Ölkə

Akademik Zərifə Əliyeva adına liseydə elmi layihələrin sərgisi və təqdimatı

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

 


Akademik Zərifə Əliyeva adına liseydə elmi layihələrin sərgisi və təqdimat mərasimi keçirilib.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə bu qurumun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Gənc mühəndislər” İctimai Birliyinin nümayəndələri, şirkət rəhbərləri, şagirdlər iştirak ediblər.


Məqsəd ictimaiyyəti liseyin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə taniş etmək, layihələr çərçivəsində bir sıra qurumlarla tərəfdaşlıq imkanlarını araşdırmaqdan ibarətdir.


Sərgidə “Kiçik akademiya” üzvlərinin müxtəlif kateqoriyalar üzrə hazırladıqları layihələr nümayiş olunub.


Sonra şagirdlər maraqlı konsert proqramı ilə çıxış ediblər.