Digər

Akademik Əfrand Daşdəmirov dünyasını dəyişib

Metbuat.az

[ 07 Aprel 2015 13:36 ]



Bakı. Cavid Zeynallı – APA. Akademik Əfrand Daşdəmirov vəfat edib.  AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademik aprelin 7-də 73 yaşında dünyasını dəyişib.

Ə. Daşdəmirov 1942-ci il martın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra partiya-dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Rusiyada Azərbaycan diasporunun formalaşmasında da yaxından iştirak edən Ə. Daşdəmirov “Azerbaydjanskiy konqress” qəzetinin də baş redaktoru idi.