Ölkə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2015-ci il aprelin 10-da saat 11:45-də Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.