Ölkə
Ağsunun ən iri kənd yaşayış məntəqəsində yeni sosial layihə həyata keçirilir
Ağsu, 1 aprel,
AZƏRTACAğsu rayonunda 4270 nəfərdən çox sakini olan Gəgəli kəndində təbii qaz təsərrüfatı yenidən qurulur.
Rayon qaz istismar sahəsindən
AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kəndin qazlaşdırılması son illərdə burada həyata keçirilən ən iri sosial layihədir. Qeyd edək ki, əsas boru kəmərindən kəndədək 6 kilometr məsafədə xəttin çəkilişi başa çatdırılıb. Kənddaxili xətlərdə isə işlərin 80 faizi görülüb.
Gəgəli kəndinə təbii qazın cari ilin ikinci yarısınadək verilməsi nəzərdə tutulub.