Ölkə
Ağsu rayonunun Kəndoba kəndinə təbii qaz xətti çəkilir
Ağsu, 10 aprel,
AZƏRTACAğsu rayonunun ucqar yaşayış məntəqələrindən olan Kəndoba kəndinə qaz xətlərinin çəkilişinə başlanılıb.
Rayon qaz istismar sahəsindən
AZƏRTAC-a verilən məlumatda bildirilir ki, artıq Hacıqabul MQKS-nın Kəndoba qazpaylayıcı stansiyasında əsaslı təmir işləri başa çatdırılıb. 400 abonentin olduğu kənddə müxtəlif diametrli metal borularla 41,6 kilometr daxili xətt çəkiləcək. Artıq 5 kilometr uzunluqda kəmərin çəkilişi yekunlaşıb. Qazpaylayıcı stansiyadan kəndədək 600 metr məsafədə polietilen borularla daşıyıcı kəmərin çəkilməsi də planlaşdırılır.
Gələn ayın sonunadək bu işin başa çatdırılması nəzərdə tutulur.