Ölkə

Ağstafada ev yandı

Metbuat.az

Ağstafada yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,  rayonun Soyuqbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.