Ölkə

Ağstafa rayonunda kitab sərgisi təşkil olunub

Metbuat.az

Ağstafa, 3 aprel,

AZƏRTAC

Ağstafa rayonunun Vurğun qəsəbə tam orta məktəbində “Ağstafa - kamal ocağı” adlı kitab sərgisi təşkil edilib.


AZƏRTAC

xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov, təhsil şöbəsinin müdiri Fərhad Vəliyev bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.


Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə olunan və yerli yazarların kitablarından ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb olub.