Ağstafa Rayon Mədəniyyət Evində aparılan yenidənqurma işləri başa çatır
Ağstafa, 14 aprel,
AZƏRTACAğstafa Rayon Mədəniyyət Evində aparılan yenidənqurma işləri sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki, mədəniyyət evinin əsaslı təmir işləri artıq tamamlanmaq üzrədir. Binanın əsas zalının və inzibati otaqlarının yenidən qurulması, mərkəzi havalandırma sisteminin quraşdırılması, fasad və yan hissələrə üzlük daşların vurulması başa çatıb. Hazırda binanın ətrafında abadlıq işlərinin aparılmasına başlanılıb.
Rayon mədəniyyət evinin yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə maliyyə vəsaiti ayrılıb.