Dünya

Ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb

Metbuat.az

Dağıstanda bu gün baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb.

APA

-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in məlumatında bildirilib. Qəza yerli vaxtla 15.00 radələrində (Bakı vaxtı ilə 17.00) Dağıstanın Serqokalinski rayonu ərazisində “Lada-Kalina, “VAZ 2114” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə məlumatda bildirilir.



Hadisə ilə bağlı araşdırma aparılır.



Milli.Az