Ölkə

Ağdaşda əhalinin məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır

Metbuat.az


Ağdaş, 14 aprel,

AZƏRTAC

Ağdaş rayonunda vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.


AZƏRTAC

xəbər verir ki, cari ilin əvvəlindən bu günədək Ağdaş rayon Məşğulluq Mərkəzinə 81 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 46 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Vətəndaşlar əsasən tikinti, təbii qaz və içməli su təchizatı, sosial xidmətlər, rabitə və kommunal xidmət sahələrində işlə təmin ediliblər. Həmçinin ötən dövr ərzində mərkəz tərəfindən 10 nəfər haqqıödənilən müvəqqəti xarakterli ictimai işlərə, 15 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.