Ölkə
AZƏRTAC
Ağdamlı gənclər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ağdam, 18 aprel,
AZƏRTACÜmummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Ağdam rayon gənclərinin nümayəndələri Bakı şəhərinə gələrək onun məzarını ziyarət ediblər.
AZƏRTAC
xəbər verir ki, gənclər Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə çiçək dəstələri düzülüb.