Ölkə

Ağdam rayon kənd təsərrüfatı idarəsinin inzibati binasının inşası may ayında başa çatacaq

Metbuat.az

Ağdam, 7 aprel, Tahir Ağaməmmədov,

AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində kənd təsərrüfatı idarəsi üçün inzibati bina inşa edilir.


AZƏRTAC

xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə tikintisinə ötən il başlanılan binada artıq son tamamlama işləri görülür. 3360 kvadratmetr ərazidə inşa edilən binanın tikinti sahəsi 624 kvadratmetrdir. Hazırda bina daxilində elektrik xətlərinin və istilik sisteminin çəkilişi, fasad hissədə dekorativ işlər görülür. Yeni binada baytarlıq idarəsinin, dövlət texniki nəzarət müfəttişliyinin, dövlət toxum müfəttişliyinin, bitki mühafizə mərkəzinin, süni mayalanma mərkəzinin fəaliyyəti üçün hər bir şərait yaradılacaq.


İnşaat işlərinin bu ilin may ayında başa çatdırılması nəzərdə tutulur.