Ölkə

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində daha bir ailənin təməli qoyulub

Metbuat.az

Ağcabədi, 6 aprel

AZƏRTAC

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran daha iki gəncin nikah mərasimi təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi olub. Rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Aşağı Avşar kənd sakinləri Cavid Rüstəmovla Xəyalə Quliyevanın nikahlarını rəsmiləşdirib və onlara nikah şəhadətnaməsini təqdim edib.


Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər.


Evlənən cütlüklərə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.