Dünya

Ağ Ev: ABŞ Rusiyanın İrana raket sistemləri ilə təchiz etməsinin əleyhinədir

Metbuat.az

Rəsmi Vaşinqton Rusiyanın İrana S-300 zenit-raket sistemləri ilə təchiz etməsinin əleyhinədir.



APA

-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi

Coş Ernest

bəyan edib.



“Dövlət katibi Con Kerri ABŞ-ın mövqeyini Rusiya XİN rəhbəri Sergey Lavrova çatdırıb”, deyə C.Ernest bildirib.



Bundan əvvəl İsrail rəsmiləri Rusiya prezidenti

Vladimir Putin

in S-300 zenit-raket sistemlərinin İrana satışına dair qoyulan qadağanı ləğv etməsindən narahat olduqlarını ifadə etmişdilər.



Milli.Az