Afina: Qızıl mədənlərinin bağlanması ətrafında gedən mübahisələr qarşıdurma ilə nəticələnib
Bakı, 17 aprel,
AZƏRTACQızıl mədənlərinin bağlanmasına etiraz əlaməti olaraq minlərlə şaxtaçı Afina küçələrinə axışıb. Əvvəlcə bəzi nazirliklərin qarşısında toplanan nümayişçilər daha sonra parlament binasına doğru hərəkət ediblər.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hökumət əleyhinə şüarlar
səsləndirən etirazçılar kaskaları ilə asfaltı döyəcləməyə başlayıblar.
Bununla eyni vaxtda Afinada şaxtaların bağlanmasını tələb edən vətəndaşların da nümayişləri
keçirilib. Polis iki tərəfin arasına girərək onları bir-birindən ayırmağa çalışsa da, radikal ovqatlı gənclər qanun keşikçilərinə yandırıcı maddələr atmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.
Anarxistlərin zibil qablarını yandırdıqları, avtomobilləri aşırdıqları və mağazaların vitrinlərini sındırdıqları bildirilir.