Digər

ADP-çinin apellyasiya şikayətinə noyabrın 20-də baxılacaq

Metbuat.az

Noyabrın 20-də Şirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Əhmədovun sədrliyi ilə ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlının şikayətinə baxılacaq.

Bu barədə Lent.az-a ADP-dən bildirilib. M. Zülfüqarlı şikayət ərizəsində İmişli rayon Məhkəməsinin çıxardığı hökmün ləğvini xahiş edib.

Qeyd edək ki, İmişli rayon Məhkəməsinin hökmü ilə M. Zülfüqarlıya bir il müddətinə şərti cəza və üç min manat cərimə təyin olunub.