Ölkə

Abşeron rayonunda Kəlbəcərdən olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Metbuat.az

Xırdalan, 3 aprel, Ətrabə Rzayeva,

AZƏRTAC

 


Abşeron Rayon İcra Hakimiyyətində Kəlbəcər rayonundan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.


AZƏRTAC

xəbər verir ki, görüşdə Kəlbəcərin işğalının acı nəticələrindən bəhs olunub. Bildirilib ki, hazırda Abşeron rayonunda 1013 kəlbəcərli məcburi köçkün ailəsi məskunlaşıb.


Qeyd olunub ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür.


Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Sonda kəlbəcərli məcburi köçkün ailələrinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.