Dünya

ABŞ və Kuba xarici siyasət idarələrinin başçıları yarım əsrdə ilk dəfə görüşüblər

Metbuat.az



Bakı, 10 aprel,

AZƏRTAC

ABŞ-ın dövlət katibi Con Kerri Panamada Kubanın xarici işlər naziri Bruno Rodriqeslə görüşüb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ABŞ və Kubanın xarici siyasət idarələri başçılarının görüşü Panamada Amerika ölkələrinin sammitinin açılışı ərəfəsində baş tutub. İki ölkə arasında bu səviyyədə görüş son yarım əsrdən bu yana keçirilməmişdi.


Bağlı qapılar arxasında keçirilən danışıqların təfərrüatları açıqlanmır.


Qeyd edək ki, keçən ilin sonlarında ABŞ Prezidenti Kubaya qarşı embarqonun ləğv olunmasını təklif edib. Hazırda Vaşinqton Kubanı “terrorizmi dəstəkləyən” ölkələrin siyahısından çıxarmağı düşünür. Bu qərarın qəbulu hər iki ölkəyə Vaşinqtonda və Havanada səfirlik açmağa imkan verəcək. Bu gün isə Panamadakı foruma Kuba lideri Raul Kastro gəlməlidir. KİV-lər sammit meydanlarında Raul Kastronun ABŞ Prezidenti Barak Obama ilə qeyri-formal görüşünün ola biləcəyini yazır.