Dünya

ABŞ və Kuba liderləri son 50 ildə ilk dəfə görüşdülər

Metbuat.az

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında  Panamada keçirilən “Amerika sammiti” çərçivəsində ikitərəfli görüş keçirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu iki ölkənin liderləri arasında son 50 ildə  baş tutan ilk danışıqlardır. Görüş sammitinin keçirildiyi sarayın kiçik otağında keçirilib.    

Obama görüş zamanı Kastroya konstruktivlik nümayiş etdirdiyinə görə minnətdarlığını bildirib.