Digər
ABŞ səfiri Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşüb
[ 13 Aprel 2015 17:34 ]
Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimovla görüşüb. APA-nın səfirliyin rəsmi “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanda anti-korrupsiya səyləri və ABŞ-ın bu məsələdə dəstəyi müzakirə edilib: “Şəffaflığın təkmilləşdirilməsi və hüquqi tələblərə riayət edilməsi firavanlığın artırılması üçün vacib amildir”.