Ölkə

ABŞ səfiri təhsil naziri Mikayıl Cabbarovla görüşüb

Metbuat.az

[ 09 Aprel 2015 14:26 ]



Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta təhsil naziri Mikayıl Cabbarovla görüşüb. APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi “twitter” səhifəsinə məlumat verilib.

Görüş zamanı təhsil islahatları, iki ölkə arasında əməkdaşlığın inkişafı barədə müzakirə aparılıb.