Digər

ABŞ səfiri: "Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək"

Metbuat.az

“Kibertəhlükəsizlik problemi kifayər qədər yüksəkdir və bu milli təhlükəsizlik problemidir. Bu problem ABŞ-da da çox aktualdır”.



Trend

-in xəbərinə görə, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri

Robert Sekuta

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi, Azərbaycan XİN, ABŞ səfirliyinin dəstəyilə "İnformasiya dövründə Milli Təhlükəsizlik" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən bildirib:



"Bu təhlükələr tez-tez olur. Prezident Obama da bu sahənin daha da güclənməsi ilə bağlı sərəncam imzalayıb”.



Səfir qeyd edib ki, bu tədbirin keçirilməsilə Azərbaycan bu sahəyə böyük töhfə verir. O bildirib ki, Azərbaycan kommunikasiya strategiyasında regional liderə çevrilməyə çalışır və ABŞ bu sahədə Azərbaycanı dəstəkləyir: “Biz öz natiqlərimizi gətirmişik ki, onlar öz təcrübələrini sizinlə bölüşsünlər. Düşünürük ki, ölkələrimizin bu sahədə əməkdaşlığı davam edəcək".



Milli.Az