Ölkə
ABŞ səfiri Gəncədə fermer təsərrüfatına baş çəkib
[ 14 Aprel 2015 16:33 ]
Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə Aqrobiznes Assosiasiyasının fermer təsərrüfatına baş çəkib.
APA-nın səfirliyin rəsmi “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, səfir kənd təsərrüfatı sahəsində yerli təcrübə ilə tanış olub.
“ABŞ iqtisadiyyatın diversifikasiyası və kənd təsərrüfatının inkişafı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndiriləcəyinə ümid edir”,- deyə səfir bildirib.